Reklam resmi
Reklam resmi

F-16 qırıcı təyyarəsi qəzaya UĞRADI - Bu ölkədə... - VİDEO

F-16 qırıcı təyyarəsi qəzaya UĞRADI - Bu ölkədə... - VİDEO
Dünya

Polşanın Radom şəhərində F-16 qırıcı təyyarəsi hava şousuna hazırlıq zamanı qəzaya uğrayıb, pilot ölüb.

Ajans.az xəbər verir ki, bu barədə Polşa hökumətinin nümayəndəsi Adam Szlapka məlumat verib.

Onun sözlərinə görə, F-16 Radomda “AirShow” aviasiya sərgisinə hazırlıq zamanı qəzaya uğrayıb.

"Təəssüf ki, pilot öldü. Müdafiə naziri Vladislav Kosiniak-Kamış baş nazirlə danışıb və indi qəza yerinə gedir", - sözçü bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda qırıcının kəskin hündürlüyü itirərək yerə çırpılması əks olunub.

Ajans.az qəza anının görüntülərini sizlərə təqdim edir: 

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

Mövzular:
qəza qırıcı təyyarə ölüm pilot Polşa

Digər Xəbərlər