Reklam resmi
Reklam resmi

Rusiyadan Azərbaycanın Kiyev səfirliyinə RAKET HÜCUMU - Açıq şəkildə səfirliyi hədəfə alırlar

Rusiyadan Azərbaycanın Kiyev səfirliyinə RAKET HÜCUMU - Açıq şəkildə səfirliyi hədəfə alırlar
Hadisə
602

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə gecə saatlarında təşkil etdiyi kütləvi hücum nəticəsində Azərbaycanın Kiyevdəki səfirliyinin binasının cəmi 100 metrliyinə raket düşüb.

Ajans.az Dialog.UAistinadən xəbər verir ki, partlayış diplomatik missiyanın yaxınlığında terror aktı xarakteri daşıyır. Hadisə nəticəsində ərazidə güclü yanğın və partlayış qeydə alınıb.

Məsələ ilə bağlı çıxış edən jurnalist Denis Kazanski bildirib: “Gecə Rusiya Azərbaycanın Kiyevdəki səfirliyini atəşə tutdu, lakin dəqiq hədəfi vura bilmədi. Əvvəllər ruslar Azərbaycanın bir neçə neft anbarını bombalamışdılar, indi isə açıq şəkildə səfirliyi hədəfə alırlar.

Ekspertlərin fikrincə, bu hücum Moskvanın Azərbaycan rəhbərliyinin son bəyanatlarına cavab və Bakıya qarşı qisas cəhdi ola bilər.

author picture
Leyla Bayandurlu
Mövzular:
İlham Əliyev Rusiya Azərbaycan Ukrayna

Digər Xəbərlər