Reklam resmi
Reklam resmi

Hollivudda “Səssiz Boşanma”: məhşur aktyorlar ayrılıq ərəfəsində

Hollivudda “Səssiz Boşanma”: məhşur aktyorlar ayrılıq ərəfəsində
Şou Biznes

Hollivud ulduzları Rayan Reynolds və Bleyk Layvli arasında mümkün boşanma barədə söz-söhbətlər getdikcə artır. İddiaların əsas səbəbi aktyorun bu il həyat yoldaşını ad günü münasibətilə ictimaiyyət qarşısında təbrik etməməsi olub. Adətən Reynolds sosial şəbəkələrdə həyat yoldaşının uğursuz fotolarını yumoristik şəkildə paylaşırdı, lakin bu dəfə tam sükut müşahidə olunub.

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, cütlük arasındakı gərginlik Bleyk Layvlinin “Bizimlə bitəcək” filminin çəkilişləri zamanı rejissor Castin Baldoni ilə yaxın münasibətləri barədə yayılan xəbərlərlə bağlıdır. İddialara görə, aktrisa ilə Baldoni arasında uzun gecə söhbətləri və flört xarakterli yazışmalar olub. Hazırda Layvli məhkəmədə rejissorun ona sataşdığını və onlayn zorakılığa göstəriş verdiyini sübut etməyə çalışır.

Bəzi mediada isə əksinə, Layvlinin Baldonini bu qalmaqalın mərkəzinə çəkərək ailəsini qorumağa çalışdığı yazılır.

Mənbələrin iddiasına görə, məhkəmə prosesi davam etdiyi müddətdə cütlük ictimaiyyət qarşısında harmoniyanı qorumağa çalışacaq. Lakin proses başa çatdıqdan sonra Reynoldsun boşanma üçün səssizcə ərizə verməsi gözlənilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rayan Reynolds Bleyk Layvli

Digər Xəbərlər