Reklam resmi
Reklam resmi

Vəba epidemiyası:221 yoluxma qeydə alınıb

Vəba epidemiyası:221 yoluxma qeydə alınıb
Dünya

Nigeriyanın şimal-qərbindəki Zamfara və Niger əyalətlərində vəba epidemiyası nəticəsində ən azı 11 nəfər həyatını itirib, 221-dən çox insan yoluxub. Ölkədə vəba təhlükəsi elan edilib.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,Zamfara əyalətinin Bukkuyum rayonunda epidemiyanın təsiri daha da genişdir: azı 8 nəfər ölüb, 11 yaşayış məntəqəsində 200-dən çox insan virusa yoluxub. Yerli rəsmilər məhdud səhiyyə infrastrukturu və təhlükəsizlik problemlərinin böhranın dərinləşməsinə səbəb olduğunu bildiriblər.

Niger əyalətinin Gurusu kəndindən olan səlahiyyətli Məhəmməd Cibci deyib ki, hazırda 21-dən çox xəstə xəstəxanadadır, lakin Nasarawa Ümumi Xəstəxanasına çatmaqda gecikmələr səbəbindən üç nəfər həyatını itirib.

Parlament üzvü Süleyman Əbu Bəkr Qumi Zamfara hökumətini və beynəlxalq QHT-ləri təcili müdaxiləyə çağırıb. Qumi bildirib: "Hər hansı gecikmə xüsusilə qadınlar və uşaqlar arasında daha çox itkiyə səbəb olacaq". O, bölgəyə təcili yardım qruplarının və vəba müalicə mərkəzlərinin göndərilməsini tələb edib.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Vəba epidemiyası Nigeriya

Digər Xəbərlər