Reklam resmi
Reklam resmi

Meksika Senatında müzakirələr dava ilə bitdi

Meksika Senatında müzakirələr dava ilə bitdi
Dünya

Meksika Senatında çərşənbə günü keçirilən müzakirələr dava ilə nəticələnib. İnstitusional İnqilab Partiyasının (PRI) senatoru Alejandro Moreno çıxışına icazə verilmədiyi üçün Senatın prezidenti Gerardo Fernández Norona ilə fiziki toqquşmaya girib.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki,hadisə Meksika ərazisində xarici ölkələrin silahlı qüvvələrinin mövcudluğu ilə bağlı gərgin debat zamanı baş verib. Moreno əvvəlcə Noronanı tutaraq tribunaya çıxmaq istəsə də, qarşıdurma qısa müddətdə davaya çevrilib. Senatorun yumruq zərbələri nəticəsində araya girməyə çalışan bir fotoqraf da xəsarət alıb.

Senat rəhbərliyi insidenti kəskin şəkildə pisləyib. Fernández Norona bildirib ki, Moreno və davaya qoşulan digər üç müxalif deputatın parlamentdən çıxarılması üçün təcili iclas çağırılacaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Meksika Senatı Gerardo Fernández Norona

Digər Xəbərlər