Reklam resmi
Reklam resmi

Məktəbdə silahlı hücum: 2 uşaq ölüb, 17 nəfər yaralanıb

Məktəbdə silahlı hücum: 2 uşaq ölüb, 17 nəfər yaralanıb
Dünya

ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində katolik məktəbinə silahlı hücum nəticəsində iki uşaq həlak olub, 17 nəfər yaralanıb. Hadisə Annunciation Katolik Məktəbində dərs ilinin ilk həftəsində keçirilən ayin zamanı baş verib.

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, 23 yaşlı Robin Vestman tüfəng, ov tüfəngi və tapança ilə silahlanaraq səhər saatlarında kilsənin pəncərələrindən içəridə oturan uşaqlara atəş açıb. Hücum zamanı 8 və 10 yaşlı iki uşaq həyatını itirib, 14 şagird və 3 parishioner isə yaralanıb. Atıcı daha sonra intihar edib.

Şəhərdə böyük rezonans doğuran hadisə ilə bağlı qubernator Tim Valz, ABŞ senatoru Emi Klobuçar və katolik ruhaniləri yas mərasimlərində iştirak ediblər. Minneapolis arxiyepiskopu Bernard Hebda faciəni “tamamilə ağlasığmaz” adlandıraraq, “Allahın evi və cənnət qapısı” kimi tanınan yerdə belə bir hadisənin baş verməsinin dəhşətli olduğunu deyib.

Polis hücumla bağlı istintaqın davam etdiyini bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Minnesota ştatı silahlı hücum

Digər Xəbərlər