Reklam resmi
Reklam resmi

Rusiya ordusu Kiyevə raket zərbələri endirib

Rusiya ordusu Kiyevə raket zərbələri endirib
Dünya

Rusiya Silahlı Qüvvələri bu gün səhər saatlarında Kiyev və onun ətraf ərazilərinə raket zərbələri endirib.

Ajans.az Strana.ua-ya istinadən xəbər verir ki, şəhərdə güclü partlayış səsləri eşidilib, bir sıra ərazilərdə yanğınlar başlayıb.

Kiyev administrasiyası hücumun nəticələrinin paytaxtın 20-dən çox məntəqəsində qeydə alındığını açıqlayıb. Zərbələr xüsusilə Darnitski, Dniprovski, Solomenski, Şevçenkovski, Qoloseyevski, Obolonski və Desnyanski rayonlarını əhatə edib.

Yanğınların söndürülməsi üçün helikopterlər cəlb olunub. Hadisə nəticəsində dağıntılar və xəsarət alanlarla bağlı rəsmi məlumatlar dəqiqləşdirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Kiyev

Digər Xəbərlər