Reklam resmi
Reklam resmi

İran bu səbəbdən AEBA ilə əməkdaşlıqdan imtina EDƏ BİLƏR

İran bu səbəbdən AEBA ilə əməkdaşlıqdan imtina EDƏ BİLƏR
Dünya

Avropa İttifaqının üç ölkəsi – Böyük Britaniya, Almaniya və Fransa İrana qarşı BMT sanksiyalarının yenilənməsi mexanizmini işə salsa, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əməkdaşlıqdan imtina edə bilər.

Ajans.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

"Biz Avropa ölkələrinə açıq şəkildə bildirdik ki, onlar "snapback" mexanizmini işə salsalar, İran təbii ki, lazımi əks tədbirləri görəcək. Biz onlara həmçinin bildirdik ki, belə bir addım atılacağı təqdirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə bütün əməkdaşlıq və qarşılıqlı fəaliyyət tamamilə təhlükə altına düşəcək və effektiv şəkildə dayandırılacaq", - deyə o qeyd edib.

Mövzular:
İran sanksiya BMT AEBA əməkdaşlıq imtina

Digər Xəbərlər