Bu gündən Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLAYIR
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi bu gündən etibarən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.
Ajans.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi tərəfindən məlumat verilib.
Qeyd edək ki, abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər.
Mövzular: