Reklam resmi
Reklam resmi

Rusiyada təyyarəni yandırmağa cəhd olunub

Rusiyada təyyarəni yandırmağa cəhd olunub
Dünya

Şimali Osetiyada "Vladiqafqaz" beynəlxalq hava limanında təyyarənin yandırılması cəhdinin qarşısı alınıb, faktla bağlı cinayət işi açılıb.

Ajans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin respublika üzrə İdarəsindən bildirilib.

"Rusiya Federal Təhlükəsizlik Xidmətinin Şimali Osetiya-Alaniya Respublikası üzrə İdarəsi "Vladiqafqaz" beynəlxalq hava limanı ərazisində təyyarəni yandırmaq yolu ilə terror aktı törətməyi planlaşdıran 25 yaşlı Rusiya vətəndaşının qanunsuz fəaliyyətinin qarşısını alıb", - məlumatda qeyd olunub.

Mövzular:
Rusiya "Vladiqafqaz" beynəlxalq hava limanı Şimali Osetiya Təyyarə Yanğına cəhd

Digər Xəbərlər