Məhşur müğənni uşaqlıqda zorakılığa məruz qaldığını açıqladı
Türkiyənin sevilən müğənnisi Simge Sağın sosial şəbəkədə uşaqlıqda zorakılığa məruz qaldığını açıqlayıb. O, uzun illər susmasının səbəbini qorxu ilə izah edib və indi sükutun pozulmasının vacibliyini vurğulayıb.
Ajans.az müğənninin sosial şəbəkəsinə istinadən xəbər verir.
“Hamımız nəsə yaşamışıq... Təəssüf ki, mən də uşaqlıqda zorakılıq görmüşəm. Uşaq idim, cavan idim... Qorxurdum, susdum... Susduq. Amma indi bilirik ki, biz susduqca mələk üzlü şeytanlar çoxaldı. Gün dəyişdi! Sui-istifadə edən, cinayət edən heç kim gizlənə bilməz! Susqunluq yaraları dərinləşdirir, amma indi biz susmuruq, bacılarım.”
Simge Sağın zorakılığa qarşı mübarizənin yalnız həmrəyliklə mümkün olduğunu bildirərək, “Yalnız birlikdə olsaq bitər” sözləri ilə paylaşımını tamamlayıb.
Bu açıqlama sosial şəbəkələrdə böyük rezonans doğurub və çoxsaylı izləyicilər müğənniyə dəstək mesajları yazıblar.

Mövzular: