Hava limanında kişi özünü yandırıb
Bazar ertəsi axşam saatlarında Almatı hava limanının T-1 terminalında bir nəfər özünü yandırıb.
Ajans.az Tengrinews.kz-a istinadən xəbər verir ki, polis əməkdaşları və hava limanının təhlükəsizlik xidməti yanğını dərhal söndürərək təcili tibbi yardım çağırıblar.
Nəqliyyat Polis Departamentindən bildirilib ki, hadisəyə kişinin qayınanası ilə şəxsi münaqişəsi səbəb olub.
Hadisə nəticəsində ağır xəsarət alan şəxsin vəziyyətinin son dərəcə ağır olduğu qeyd olunur.
Mövzular: