Reklam resmi
Reklam resmi

Aİ bu şəhərdə Ukraynaya hərbi dəstəyi MÜZAKİRƏ EDƏCƏK

Aİ  bu şəhərdə Ukraynaya hərbi dəstəyi MÜZAKİRƏ EDƏCƏK
Dünya

Avqustun 28-i və 29-da Kopenhagendə Aİ ölkələrinin müdafiə nazirlərinin təhlükəsizlik və müdafiə məsələlərinə həsr olunmuş qeyri-rəsmi görüşü keçiriləcək.

Ajans.az xəbər verir ki, bu barədə Aİ Şurasında Danimarka sədrliyi məlumat yayıb. 

İclaslarda əsas diqqət Ukraynaya hərbi dəstəyin göstərilməsinə, Avropanın müdafiə hazırlığının gücləndirilməsinə, eləcə də Aİ missiyası və əməliyyatlarına yönəldiləcək.

Avqustun 28-də nazirlər müdafiə məsələlərinə həsr olunmuş ilkin tədbirdə iştirak edəcəklər. Əsas strateji müzakirələr avqustun 29-da iş sessiyaları çərçivəsində aparılacaq.

Mövzular:
Ukrayna münaqişə yardım hərbi

Digər Xəbərlər