Reklam resmi
Reklam resmi

Alimlər Bermud üçbucağında gəmilərin itkisinin səbəbini müəyyən ediblər

Alimlər Bermud üçbucağında gəmilərin itkisinin səbəbini müəyyən ediblər
Dünya

Britaniyalı okeanoloq Saymon Boxall Bermud üçbucağında gəmilərin müəmmalı şəkildə yoxa çıxmasını təbiət hadisəsi ilə əlaqələndirib.

Ajans.az Daily Mail-ə istinadən xəbər verir ki, Florida yarımadası, Puerto-Riko və Bermud adaları arasındakı ərazidə 20–30 metr hündürlüyündə “tək kabus dalğaları” adi haldan daha tez-tez baş verir. Belə dalğalarla qarşılaşan böyük gəmi belə, yalnız iki-üç dəqiqəyə batmaq riski ilə üzləşir.

O, misal olaraq I Dünya Müharibəsi zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin tədarükünü təmin edən “Cyclops” gəmisini göstərib. 1918-ci ildə Bermud üçbucağında izsiz yoxa çıxan gəminin də böyük dalğa tərəfindən batırıldığı ehtimal edilir.

Boxall və onun Sauthempton Universitetindən həmkarları bu fərziyyəni yoxlamaq üçün gəminin miqyaslı maketini hazırlayıb və onun davranışını öyrəniblər. Təcrübələr göstərib ki, düz dibi və böyük ölçüləri “Cyclops” tipli gəmiləri anormal dalğalara qarşı xüsusilə həssas edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Bermud üçbucağı Britaniya

Digər Xəbərlər