Traktor qəzası: 1 uşaq ölüb, 1 uşaq yaralanıb
Uşakın Banaz rayonunda baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Traktorun aşması nəticəsində 10 yaşlı uşaq ölüb, 7 yaşlı digər uşaq isə yaralanıb.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki,hadisə Balcıdamı kəndində qeydə alınıb. Məlumata görə, Z.A. (48) idarə etdiyi 64 LS 686 dövlət nömrə nişanlı traktorla tarlasına ot yükləyərkən texnika qəfil hərəkətə gələrək aşıb.
Qəza zamanı traktorda olan 7 yaşlı T.A. yaralanıb, 10 yaşlı Ayşe A. isə ağır xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları cəlb olunub.
Yaralılar Banaz Dövlət Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq Ayşe A.-nın həyatını xilas etmək mümkün olmayıb.
Mövzular: