Reklam resmi
Reklam resmi

Daşqınlar faciəsi: 7 ölü, minlərlə insan evsiz qaldı

Daşqınlar faciəsi: 7 ölü, minlərlə insan evsiz qaldı
Dünya

Nigeriyanın Yobe ştatında leysan yağışların səbəb olduğu güclü daşqınlar nəticəsində azı 7 nəfər həyatını itirib, çox sayda insan isə xəsarət alıb.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,Yobe Fövqəladə Halların İdarə Olunması Agentliyinin (SEMA) direktoru Mohammed Goje bildirib ki, daşqınlar 4500-dən çox evə ziyan vurub, 12 min nəfər isə məcburi köçkün vəziyyətinə düşüb.

Onun sözlərinə görə, hökumət təbii fəlakətdən zərərçəkən ailələr üçün ərzaq yardımı, müvəqqəti sığınacaqlar, tibbi dəstək və digər təcili tədbirlər həyata keçirir.

Bununla yanaşı, Nigeriyanın Ətraf Mühit Nazirliyi əhaliyə xəbərdarlıq edərək, avqustun 29-dək davam edəcəyi proqnozlaşdırılan güclü yağışların doqquz ştatda yeni daşqın riskini artıra biləcəyini açıqlayıb.

Rəsmi məlumatlara görə, bu il ölkədə yağan güclü yağışların yaratdığı daşqınlar nəticəsində artıq 220-dən çox insan həyatını itirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Nigeriya daşqın

Digər Xəbərlər