Reklam resmi
Reklam resmi

Rusiyanın hücumundan sonra 150-ə yaxın şaxtaçı mədində qalıb

Rusiyanın hücumundan sonra 150-ə yaxın şaxtaçı mədində qalıb
Dünya

Rusiya ordusunun Donetsk vilayətinin Dobropillya şəhəri və ətraf yaşayış məntəqələrini atəşə tutması nəticəsində 148 şaxtaçı yeraltında qalıb.

Ajans.az RBC-Ukraynaya istinadən xəbər verir ki, mərmi zərbələri nəticəsində bölgədəki kömür mədənlərinin bir hissəsi enerjisiz qalıb, bu səbəbdən də şaxtaçılar səthə çıxa bilmir.

Yerli sakinlərin sözlərinə görə, hücum zamanı Dobropillya ilə yanaşı Belozerskoye, Annovka, İverskoye və Svyatogorovka da hədəfə alınıb.

Məlumata görə, Dobropillya şəhərinə ilkin mərhələdə dörd hava bombası atılıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna

Digər Xəbərlər