Yura dövrünə aid nadir sümük tapılıb
Hindistanın Racastan ştatında tədqiqatçılar Yura dövrünə aid, timsahlara bənzəyən nadir fosil aşkar ediblər. Fitozavr növünə aid olduğu bildirilen fosilin uzunluğu 1,5–2 metr və yaşı 200 milyon ildən çoxdur.
Ajans.az BBC-ə istinadən xəbər verir ki,Fosil Caysalmer rayonundakı Meqa kəndində, baş hidrogeoloq Dr Narayandas İnkhiya və əyalətin su departamentindən olan komanda tərəfindən tapılıb. Tədqiqatçılar ərazidə daha çox fosil nümunələrinin olacağını ehtimal edirlər.
Geoloq CP Rajendran bildirib ki, fitozavr yarı su, yarı quruda yaşayan və balıqla qidalanan heyvan olub. Sahədə həmçinin sürünənlərə aid fosilləşmiş yumurtalar da tapılıb.
Baş paleontoloq VS Parihar qeyd edib ki, bu, dünyanın digər bölgələrində yalnız bir neçə hissəsi tapılmış nadir fosil nümunəsidir. Tədqiqatçılar ərazini fosil turizmi üçün də əhəmiyyətli hesab edirlər.
Mövzular: