13 yaşlı uşaq çiy əriştə yedikdən sonra ölüb ölüb
Misirin paytaxtı Qahirədə 13 yaşlı Həmzə adlı yeniyetmə üç paket bişməmiş hazır əriştə yedikdən sonra dünyasını dəyişib.
Ajans.az Ynet-ə istinadən xəbər verir ki, uşaq axşam namazından qayıtdıqdan sonra nahar üçün çiy əriştə yeyib. Təxminən yarım saat sonra onda qusma, güclü qarın ağrısı, tərləmə müşahidə olunub və huşunu itirib. Xəstəxanaya çatdırılsa da, yolda həyatını itirib.
Hadisədən sonra polis uşağın əriştə aldığı mağazanın sahibini saxlayıb və məhsullar analiz üçün laboratoriyaya göndərilib. Al Arabiya yazır ki, ekspertiza nəticəsində əriştələrdə zəhərli maddə aşkarlanmayıb. Həkimlərin fikrincə, uşaq çoxlu miqdarda çiy əriştə yediyi üçün həzm sistemində tıxanma yaranıb və bu, ölümcül fəsadlara səbəb olub.
Mövzular: