Trampdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı AÇIQLAMA
“Rusiya-Ukrayna müharibəsi şəxsi komponentin olmasına görə mürəkkəbdir, amma yenə də həll olunacaq”. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin Alyaskaya səfəri onun Ukrayna münaqişəsinin həllinə çalışdığını göstərir.
Ajans.az xəbər verir ki, Tramp bu fikri Ağ Evdə sənədlərin imzalanması zamanı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
“Düşünürəm ki, onun Alyaskaya, bizim ölkəmizə gəlməsi ciddi bir mesaj idi. Bu, asan qərar deyildi və o, bununla nəyəsə nail olmaq istədiyini göstərdi”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti həmçinin Putinin iştirakı ilə keçirilən görüşü yüksək qiymətləndirib.
Müsahivə zamanı ABŞ prezidenti Rusiya və Ukrayna liderləri Vladimir Putinlə Volodimir Zelenski arasındakı şəxsi çəkişmənin prosesə təsir göstərdiyinə eyham vurub.
“Açığı, mən Ukrayna və Rusiyanın ən asan olacağını düşünürdüm. Amma məlum oldu ki, burada şəxsiyyətlər (liderlər – red.) arasında genişmiqyaslı münaqişələr var. Ancaq biz bunu vaxtında dayandıracağıq”, - Tramp təfərrüatları açıqlamadan bildirib.