Reklam resmi
Reklam resmi

Kadırovun 17 yaşlı oğlu yeni mükafatla təltif edilib

Kadırovun 17 yaşlı oğlu yeni mükafatla təltif edilib
Dünya

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov “Çeçenistan Respublikasının müdafiəçisi” medalı ilə təltif olunub.

Ajans.az xəbər verir ki, Ramzan Kadırov öz Telegram kanalında məlumat yayıb.

Mükafatı gənc Kadırova Çeçenistanın daxili işlər naziri Aslan İrasxanov təqdim edib.

Xatırladaq ki, avqust ayında Adam Kadırov Qəzza sakinlərinə humanitar yardımın kuratoru təyin edilmişdi. Bundan əvvəl, may ayında isə o, 10 gün ərzində iki dəfə OMON medalı ilə təltif olunmuşdu. Həmçinin “Axmat-Qala” bölməsindən döyüş tapşırıqlarına göstərdiyi dəstəyə görə medal alıb və “Rosqvardiya bölmələrinin inkişafına verdiyi töhfəyə” görə də mükafatlandırılmışdı.

author picture
Leyla Bayandurlu
Mövzular:
Çeçenistan Ramzan Kadırov

Digər Xəbərlər