Reklam resmi
Reklam resmi

Serialının əməkdaşı çəkiliş zamanı vəfat edib

Serialının əməkdaşı çəkiliş zamanı vəfat edib
Dünya

Parisdə məşhur “Emily in Paris” serialının beşinci mövsümünün çəkilişləri zamanı faciə baş verib. İtaliyanın La Repubblica nəşrinin yazdığına görə, serialda rejissor köməkçisi kimi çalışan 47 yaşlı Dieqo Borella Venesiyada dünyasını dəyişib.

Ajans.az BBC-ə istinadən xəbər verir ki,hadisə cümə axşamı axşam saatlarında baş verib. Yerli vaxtla 19:00-da (BST 18:00) həkimlər şəhərdəki “Hotel Danieli”yə çağırılıb, lakin Borellanı xilas etmək mümkün olmayıb. Şahidlərin sözlərinə görə, o, həmkarlarının gözü qarşısında səhnə hazırlıqları zamanı qəfil yıxılıb.

Serialın tibb heyəti ilkin tibbi yardım göstərsə də, Borella hadisə yerində vəfat edib. Ölüm səbəbinin hələlik açıqlanmadığı bildirilir.

Paramount Televiziya Studiyaları hadisə ilə bağlı bəyanat yayıb: “Biz ‘Emily in Paris’ prodüser ailəsinin üzvünün qəfil vəfatını təsdiqləməkdən dərin kədər hissi keçiririk. Bu inanılmaz çətin vaxtda ürəyimiz onun ailəsi və yaxınları ilədir”.

Məlumata görə, faciədən sonra serialın çəkilişləri müvəqqəti olaraq dayandırılıb.

2020-ci ildə yayımlanan romantik komediya serialında Lily Collins əsas rolda çıxış edir. Serial fransız paytaxtında işləməyə başlayan amerikalı marketinq meneceri Emili Kuperin həyatından bəhs edir. Layihənin beşinci mövsümünün bu ilin sonunda ekranlara çıxacağı gözlənilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
“Emily in Paris” İtaliya

Digər Xəbərlər