Reklam resmi
Reklam resmi

İran Azərbaycan vasitəsi ilə Rusiyadan QAZ TƏDARÜK EDƏCƏK

İran  Azərbaycan vasitəsi ilə Rusiyadan QAZ TƏDARÜK EDƏCƏK
Dünya

İran ümid edir ki, Rusiya qazının yaxın vaxtlarda Azərbaycan üzərindən nəqlinə başlanılacaq, “Qazprom”la demək olar ki, bütün məsələlər artıq həll olunub.

Ajans.az xəbər verir ki, bunu TASS-a müsahibəsində İranın Rusiyadakı səfiri Kazem Cəlali deyib.

"Ümid edirik ki, bu, yaxın gələcəkdə baş verəcək. Hazırda "Qazprom"la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmalıyıq. Əgər bu məsələ də həll olunsa, o zaman hər şey işə düşəcək", - o bildirib.

Mövzular:
İran Rusiya Azərbaycan qaz tədarük

Digər Xəbərlər