Reklam resmi
Reklam resmi

Rusiyanın nəhəng qaz emalı zavodu VURULDU

Rusiyanın nəhəng qaz emalı zavodu VURULDU
Dünya
783

Ukrayna ordusu Rusiyanın Baltik dənizində ən böyük neft-qaz terminallarından və limanlarından olan Ust-Luqaya zərbələr endirib.

Ajans.az  xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində “Novatek” şirkətinə məxsus qaz emalı kompleksində güclü yanğın başlayıb.

Bildirilib ki, zərbə tam olaraq kompleksin texnoloji proseslərinin ürəyi hesab olunan qaz kondensatı üçün kriogen fraksiya bölməsinə dəyib.

Bu müəssisənin nominal gücü ildə 6 milyon tondur.

Mövzular:
Ukrayna ordusu Ust-Luqa

Digər Xəbərlər