Oğurladığı nömrələri öz maşınına qoyub sürən saxlanıldı
Abşeron rayonunda vətəndaşa məxsus “Opel” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlanıb.
Ajans.az xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı F. Məmmədov nömrələri “Toyota” markalı avtomobilin üzərinə bağlayıb sürərkən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: