Reklam resmi
Reklam resmi

ABŞ-da turistləri daşıyan avtobus aşdı: ÖLƏNLƏR VAR

ABŞ-da turistləri daşıyan avtobus aşdı: ÖLƏNLƏR VAR
Dünya

ABŞ-də Nyu-York ştatında Niaqara şəlaləsinə səfərdən qayıdan turistlərin olduğu avtobus aşıb, azı 4 nəfər ölüb.

Ajans.az CNN-ə istinadən xəbər verir ki, qəza nəticəsində bir neçə nəfər həlak olub.

Bildirilib ki, turistləri Niaqara şəlaləsindən ziyarətdən gətirən avtobusun sürücüsü magistral yolda idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi dərəyə düşüb.

İlkin ehtimala görə, hadisəyə yüksək sürət səbəb olub.

Qeyd olunub ki, qəza nəticəsində onlarla insan yaralanıb.

Eyni zamanda bir neçə nəfər hələ də deformasiya uğrayan avtobusun daxilində qalıb.

Ölən və yaralananların sayı dəqiqləşdirilir.

Hadisə yerində xilasetmə əməliyyatı davam edir.

Mövzular:
ABŞ Nyu-York Niaqara avtobus qəza

Digər Xəbərlər