Reklam resmi
Reklam resmi

Pentaqonun Kəşfiyyat Direktoru bu səbəbdən işdən ÇIXARILDI

Pentaqonun Kəşfiyyat Direktoru bu səbəbdən işdən ÇIXARILDI
Dünya

ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonun kəşfiyyat idarəsinin rəhbərini işdən çıxarıb.

Ajans.az xəbər verir ki, bu haqda mənbələrə istinadən Washington Post məlumat yayıb.

“Müdafiə naziri Pit Heqset milli təhlükəsizlik rəhbərliyinin genişmiqyaslı təmizlənməsi zamanı vəzifəsini itirən son yüksək rütbəli hərbçi və ya kəşfiyyat məmuru olan Müdafiə Kəşfiyyat İdarəsinin direktoru general-leytenant Cefri Kruzu işdən çıxarıb”, - məlumatda deyilir.

Qeyd edək ki, aprelin sonlarında “Politico”, Pentaqonun Heqset və ətrafı arasında hakimiyyət uğrunda mübarizəyə görə münaqişəyə qarışdığını və nazirlikdə ümumi xaosun hökm sürdüyünü yazmışdı.

Mövzular:
ABŞ Pentaqon müdafiə kəşfiyyat mübahisə

Digər Xəbərlər