Bakıda evdə köməksiz vəziyyətdə qalan şəxs XİLAS EDİLDİ
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Ajans.az xəbər verir ki, bu barədə FHN-dən məlumat yayılıb.
Məlumatla əlaqədar Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Mövzular: