Reklam resmi
Reklam resmi

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edildi

Elektron Təhlükəsizlik Xidmətinə yeni rəis təyin edildi
Gündəm

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) yeni rəhbər təyin edilib.

Ajans.az Qaynarinfo-ya istinadən xəbər verir ki, DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktor müavini Fərid Zeynalov vəzifəsindən azad edilərək ETX-yə rəis gətirilib.

Elektron Təhlükəsizlik Xidmətinin sabiq rəisi Rəsulov Samir Germanoviç isə müvafiq əmrlə vəzifəsindən azad olunub.

Qeyd edək ki, Fərid Zeynalov 2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində sektor müdiri, 2019-cu ildən isə E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri olub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Elektron Təhlükəsizlik Xidməti

Digər Xəbərlər