Reklam resmi
Reklam resmi

İsveçdə 670 tonluq tarixi kilsə yeni yerə daşınır

İsveçdə 670 tonluq tarixi kilsə yeni yerə daşınır
Dünya

İsveçin şimalındakı Kiruna şəhərində unikal mühəndislik əməliyyatı həyata keçirilir. 113 illik tarixi kilsə, dəmir mədənləri səbəbindən uçmaq təhlükəsi ilə üzləşdiyi mövqedən təxminən 5 kilometr uzaqda yeni yerinə daşınır.

 Ajans.az Haber Global-a istian dən xəbər verir ki,təxminən 670 ton ağırlığında olan kilsə xüsusi təyinatlı maşınlar tərəfindən saatda yarım kilometr sürətlə hərəkət etdirilir.

Kiruna dünyanın ən böyük yeraltı dəmir mədəninə ev sahibliyi edir. Mədənçilik fəaliyyəti nəticəsində torpaq tədricən çökməyə başlayıb ki, bu da 3000-ə yaxın evin və 6000 nəfərin yaşadığı şəhər mərkəzinin köçürülməsinə səbəb olub. 2004-cü ildən planlaşdırılan bu nəhəng köçürmə layihəsinin ən simvolik addımı isə 1912-ci ildə inşa edilmiş kilsənin yeni yerə daşınmasıdır.

Memar Gustaf Wickman tərəfindən inşa edilən kilsə, Qotik Dirçəliş üslublu eksteryeri və Art Nouveau interyeri ilə seçilir. 2001-ci ildə “1950-ci ildən əvvəl İsveçin ən sevimli binası” seçilmiş bu kilsə, indi öz tarixini yeni yerində yaşatmağa davam edəcək.

Köçürülmə əməliyyatı bütün İsveçdə böyük maraq doğurub, milli televiziya kanalları prosesi canlı yayımlayıb, mərasim və musiqi nömrələri ilə tədbir bayram ab-havasına çevrilib. Bununla belə, bəzi Sami icmaları bu transformasiyanın ənənəvi maral miqrasiya yollarına zərər verəcəyini iddia edərək narahatlıqlarını ifadə ediblər.

Kirunanın köçürülmə işi 2035-ci ilə qədər başa çatacaq. Şəhər rəhbərliyi bu böyük transformasiya ilə həm mədəni irsi qorumağı, həm də mədən işlərinin yaratdığı riskləri aradan qaldırmağı hədəfləyir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsveç kilsə

Digər Xəbərlər