Ajans.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər Alyaskada keçirilən Rusiya-ABŞ sammitinin əsas nəticələri barədə müzakirə aparıb.

Nazirlər eyni zamanda Yaxın Şərq məsələlərini, xüsusən də Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər.

Qəzza sektorunda döyüşlərin dərhal dayandırılması və Fələstin anklavına fasiləsiz humanitar yardımın çatdırılması zərurəti xüsusi olaraq vurğulanıb.