Rusiyalı məhşur aktrisa meşədə itib və dünyasını dəyişib
RSFSR-in əməkdar artisti Sofya Şelmenkina Nijni Novqorod vilayətində meşədə azaraq ölüb.
Ajans.az Rossiyskaya qazeta-ya istinadən xəbər verir ki,79 yaşlı aktrisanın faciəli ölümü ilə bağlı xəbəri Nijni Novqorod Dövlət Akademik Kukla Teatrı da təsdiqləyib. “Rıs” axtarış qrupunun məlumatına görə, Şelmenkina avqustun 7-də Semenovski rayonundakı meşəyə gedib və ondan sonra əlaqə saxlamayıb. Bir neçə gün davam edən axtarışlardan sonra aktrisanın meyiti tapılıb.
Vida mərasimi avqustun 19-da, saat 12:00-da Moskvadakı Müqəddəs Matrona kilsəsində keçirilib.
Sofya Şelmenkina 1946-cı ildə anadan olub, Qorki adına Teatr Məktəbini bitirib. O, 1968-ci ilə qədər Stavropol Kukla Teatrında çalışıb, daha sonra isə Qorki adına Kukla Teatrının səhnəsində fəaliyyət göstərib. Aktrisa 53 illik yaradıcılıq fəaliyyəti ərzində qırxdan çox obraz canlandırıb.