Reklam resmi
Reklam resmi

Norveç şahzadəsinin oğlu 32 maddə üzrə ittiham olunur

Norveç şahzadəsinin oğlu 32 maddə üzrə ittiham olunur
Dünya

Norveç prokurorları vəliəhd şahzadə Mette-Maritin oğlu, vəliəhd şahzadə Hakonun ögey oğlu Marius Borg Høibyni zorlama və zorakılıq da daxil olmaqla bir sıra ittihamlarla məsuliyyətə cəlb ediblər.

Ajans.az Oslo rayon prokuroruna istinadən xəbər verir ki, ittiham aktında 32 maddə yer alıb. Bunlara zorlama, keçmiş tərəfdaşlardan birinə qarşı yaxın münasibətdə zorakılıq, digərinə qarşı fiziki zorakılıq, ölümlə hədələmə və yol hərəkəti qaydalarının pozulması daxildir. Təqsirli bilinəcəyi halda Høiby 10 ilə qədər həbs cəzası ala bilər.

28 yaşlı Høiby kral titulu və rəsmi vəzifəyə malik deyil. O, ötən il müxtəlif qanunsuzluqlara görə dəfələrlə saxlanıldıqdan sonra nəzarət altına alınıb, lakin hazırda məhkəməyə qədər azadlıqda qalır. Henriksbo onu həbs etmək üçün hazırda əsas görmədiklərini bildirib.

NRK telekanalının məlumatına görə, məhkəmə prosesi yanvar ayında başlayacaq və təxminən altı həftə davam edəcək.

Müdafiə vəkili Petar Sekuliç ittiham aktına cavabında müvəkkilinin “bütün cinsi istismar ittihamlarını, eləcə də zorakılıqla bağlı ittihamların əksəriyyətini rədd etdiyini” açıqlayıb. Onun sözlərinə görə, Høiby məhkəmədə hadisələrlə bağlı öz versiyasını ətraflı təqdim edəcək.

Kral sarayından verilən açıqlamada isə bildirilib ki, bu işə hüquqi müstəvidə baxmaq məhkəmələrin səlahiyyətinə aiddir və əlavə şərh verilməyəcək.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Norveç Marius Borg Høibyni

Digər Xəbərlər