Reklam resmi
Reklam resmi

İki sərbəst güləşçimiz dünya çempionatında bürünc medal QAZANDI

İki sərbəst güləşçimiz dünya çempionatında bürünc medal QAZANDI
İdman

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

Ajans.az xəbər verir ki, ikinci yarış günündə 2 sərbəst güləşçimiz bürünc medal qazanıb.

Nurlan Ağazadə (70 kiloqram) debüt etdiyi mundialda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Həmyerlimiz həlledici görüşdə gürcüstanlı Qoqa Otinaşvilidən güclü olub – 4:0.

Yusif Dursunov (125 kiloqram) bürünc medal uğrunda qarşılaşmada fransalı Levan Laqvilavayla üz-üzə gəlib.

Son saniyələrdə həlledici xalı alan güləşçimiz 2:1 hesablı qələbə ilə dünya üçüncüsü olub.

Mövzular:
medal çempionat qazanmaq dünya bürünc

Digər Xəbərlər