Məhşur aktrisanın açıqlaması dünyanı şoka saldı
Məşhur amerikalı kinoaktrisa Şeron Stoun ailəsinin qaranlıq keçmişi, anasının ölümü və uşaqlıq travmaları ilə bağlı səmimi açıqlaması ilə ictimaiyyəti şoka salıb.
Ajans.az Radar Online-a istinadən xəbər verir ki, Stoun ailəsində yaşanan zorakılıq və pedofiliya ilə bağlı detalları açıqlayıb. Aktrisa uşaqlıqda özünün və bacısının babası tərəfindən zorakılığa məruz qaldığını etiraf edib. O, anasının isə beş yaşından doqquz yaşına qədər ata evindən ayrılana qədər zorakılığa məruz qaldığını bildirib.
Stoun bildirib:
“Anamın həyatında elə gün olmayıb ki, Dot (anasının adı) onun tərəfindən döyülməsin.”
Baxmayaraq ki, Şeron Stoun atasını mehribanlıqla xatırlayır və onları “son dərəcə yaxın” kimi təsvir edir, bu, ailəsinin üzləşdiyi qaranlıq keçmişin təsirlərindən onu qoruya bilməyib. Aktrisa həmçinin qeyd edib ki, kişilərin dominant olduğu bir dünyada onun həyatda qalması atasının dəstəyi sayəsində mümkün olub.
Müsahibədə Stoun həmçinin Hollivudda qadınlara münasibət, karyerası və “Basic Instinct” filmindəki simvolik rolu haqqında da danışıb. O, gözəl qadın kimi görünməsinin tez-tez emosional intellektinin qiymətləndirilməməsinə səbəb olduğunu bildirib:
“Düşünürəm ki, çox gözəl, ağıllı insanlar çox spesifik şəkildə qəbul edilir. Mən gözəl qadın olduğum üçün emosional intellektim olmadığını düşünmək daha asandır.”