ABŞ-da bir neçə gün ərzində onlarla uşaq itkin düşüb
Virciniya ştatının polisi son günlərdə itkin düşən uşaqlarla bağlı sosial mediada yayılan məlumatlara aydınlıq gətirib. Rəsmi açıqlamaya görə, ştatda kütləvi adam oğurluğu və ya fövqəladə təhlükə mövcud deyil.
Ajans.az VSP-nə istinadən xəbər verir ki, keçən həftə 88 uşaq itkin düşüb, bu isə 2025-ci ilin həftəlik orta göstəricisi olan 98 uşağın altında bir rəqəmdir. Polis bildirir ki, əksər uşaqlar qısa müddət ərzində geri qayıdıb.
Yanvar ayından bu yana Virciniyada 3 274 itkin uşaq barədə məlumat daxil olub və çərşənbə gününə qədər 141 uşaq hələ də itkin sayılır. Ştat polisinin izahına görə, Virciniya digər ştatlarla müqayisədə daha çox itkin uşaq hadisəsini açıq şəkildə paylaşır, çünki hər bir hadisə vebsaytda yerləşdirilir.
Həmçinin, ştatda CODI və Amber xəbərdarlıq proqramları aktiv istifadə olunur. CODI sistemi yalnız uşağın yoxa çıxmasının şübhəli şəraitdə və ya təhlükəli vəziyyətə səbəb olduğu hallarda işə düşür.
VSP əhalini sakit olmağa çağırıb və xəbərdarlıq edib ki, itkin uşaqların sayı orta səviyyədən aşağıdır və ciddi təhlükə mövcud deyil.