Reklam resmi
Reklam resmi

Bəbir gecə yatmış qızı kolların içinə sürükləyib

Bəbir gecə yatmış qızı kolların içinə sürükləyib
Dünya

Hindistanın Andhra Pradeş ştatında üç yaşlı Anyamma bəbir hücumundan möcüzə nəticəsində sağ qalıb.

Ajans.az New Indian Express-ə istinadən xəbər verir ki,hadisə Çinnarutla qəbilə kəndində gecə saatlarında baş verib.

Balaca Anyamma evinin yanında çöldə yatarkən yırtıcı ona yaxınlaşıb və kolların içinə sürükləyib. Lakin uşağın atası vəziyyəti hiss edib və qışqıraraq bəbirin arxasınca gedərək qızını xilas edə bilib.

Valideynlər dərhal köməyə çağıraraq qızı Sundipentadakı dövlət xəstəxanasına, daha sonra isə Dornala müalicəyə aparıblar. Onun vəziyyəti stabildir. Kənd sakinləri meşə idarəsinin fəaliyyətsizliyindən narazılıqlarını bildirərək yolu bağlayıblar.

Yerli hakimiyyət orqanları vəhşi heyvanların insanlara hücumlarının artdığı bölgədə təhlükəsizlik tədbirlərini gücləndirəcəyinə söz verib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Hindistan Bəbir

Digər Xəbərlər