Reklam resmi
Reklam resmi

Tramp Putinlə görüşünə görə tənqidlərə CAVAB VERDİ

Tramp Putinlə görüşünə görə tənqidlərə CAVAB VERDİ
Dünya

ABŞ prezidenti Donald Tramp, Alyaskadakı danışıqlarda diplomatik uğursuzluğu ilə bağlı çoxsaylı xəbərlərdən sonra Kütləvi İnformasiya Vasitələrini sərt tənqid atəşinə tutub.

Ajans.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

O, ABŞ mediasını Alyaska sammitini spekuliyasiya etməkdə günahlandırıb:

“İnanılmazdır ki, saxta xəbərlər söz mövzusu mən olduqda həqiqəti necə amansızcasına təhrif edirlər. Mənim haqqımda dürüst yazmaları və ya danışmaları üçün deyə biləcəyim və ya edə biləcəyim heç nə yoxdur,” – Tramp yazıb.

Tramp Putinlə “Baydenin axmaq müharibəsi ilə bağlı Alyaskada əla görüş” keçirdiyini vurğulayıb.

O eyni zamanda qeyd edib ki, “Rusiya ilə bağlı əhəmiyyətli irəliləyiş var. İzləmədə qalın”.

Mövzular:
KİV tənqid Tramp ABŞ görüş

Digər Xəbərlər