Reklam resmi
Reklam resmi

İki qardaşı toyda bıçaqladılar, biri öldü

İki qardaşı toyda bıçaqladılar, biri öldü
Dünya

Türkiyədə yeniyetmə toyda qətlə yetirilib.

Ajans.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Antalya şəhərində baş verib.

16 yaşlı Ali Bulqurcu və ögey qardaşı 19 yaşlı Mustafa Dikmen qohumlarının toyunda ədavətli olduqları S.S. və M.A. ilə qarşılaşıblar. Bu zaman S.S. və M.A. yanlarındakı digər 2 nəfərlə birgə iki qardaşa hücum ediblər. Hər iki qardaş ağır xəsarətlər alıb və Ali Bulqurcu hadisə yerində keçinib.

Əlləri kəsilən və sinəsindən yaralanan Mustafa Dikmen isə xəstəxanaya aparılıb. Polis cinayətdə iştirak edən 4 nəfəri saxlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə Antalya

Digər Xəbərlər