Reklam resmi
Reklam resmi

Əlcəzairdə avtobus körpüdən aşıb, 18 nəfər ölüb

Əlcəzairdə avtobus körpüdən aşıb, 18 nəfər ölüb
Dünya

Əlcəzairdə sərnişin avtobusu yoldan çıxaraq körpüdən çaya düşüb.

Ajans.az xəbər verir ki, qəza Haraş rayonundakı Əl-Hava əl-Cəmil istiqamətində Əl-Məhəmmədiyə bölgəsində baş verib.

Nəticədə 18 nəfər həlak olub, 9 nəfər yaralanıb. Yaralılardan ikisi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerində xilasetmə işlərinə 25 təcili yardım maşını, 16 dalğıc və 4 qayıq cəlb olunub.

Mövzular:
Əlcəzair qəza

Digər Xəbərlər