Reklam resmi
Reklam resmi

Abşeronda evlərdən oğurluq edən şəxs saxlanıldı

Abşeronda evlərdən oğurluq edən şəxs saxlanıldı
Hadisə

Abşeron rayonunda talama cinayətləri qeydə alınıb. Naməlum şəxs müxtəlif vaxtlarda iki evdən 3060 manat pul və qızıl-zinət əşyalarını oğurlayıb.

Bu barədə Ajans.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər eyni əmələ görə məhkum olunmuş 34 yaşlı T.Ağasıyev saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı isə paytaxt sakininə məxsus mopedi oğurlamaqda şübhəli bilinən 46 yaşlı X.Hidayətov tutulub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Mövzular:
oğurluq Abşeron ev həbs

Digər Xəbərlər