Tramp və Putin görüş sonrası mətbuat konfransı KEÇİRİB
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Alyaskada keçirilən dar çərçivəli görüş başa çatdıqdan sonra liderlər mətbuat konfransında çıxış edirlər.
Ajans.az xəbər verir ki, prezidentlər sinxron tərcümə vasitəsilə anlaşırlar.
Sözə ilk Rusiya Prezidenti Vladimir Putin başlayıb, Putin Trampla danışıqların konstruktiv və faydalı keçdiyini bildirib.
Sonra ABŞ Prezidenti Donald Tramp çıxış etməyə başlayıb.
Prezidentlər suallara cavab vermədən konfrans zalını tərk ediblər.

Mövzular: