500-ə yaxın əsgər qida zəhərlənməsi ilə xəstəxanaya yerləşdirildi
Suriyanın Hələb vilayətinin qərbində yerləşən 64-cü diviziyanın təxminən 500 əsgəri qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki, ötən gecə Hələbin Daret İzza rayonundakı hərbi qərargahda bir neçə əsgər ürəkbulanma, qusma və halsızlıq şikayətləri ilə xəstələnib. Qısa müddətdə oxşar əlamətlər digər hərbçilərdə də müşahidə olunub.
Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib. Zəhərlənmə əlamətləri göstərən hərbçilər Daret İzzadakı Əl-Kənənə xəstəxanasına çatdırılıb.
Suriya Səhiyyə Nazirliyi sosial media hesablarında Hələb çölündə baş verən kütləvi zəhərlənmə ilə bağlı Hələb Səhiyyə Müdirliyi ilə əlaqə saxladığını açıqlayıb.
Mövzular: