Reklam resmi
Reklam resmi

“Legioner”xəstəliyindən ölənlərin sayı 4-də çatıb

“Legioner”xəstəliyindən ölənlərin sayı 4-də çatıb
Dünya

Nyu-Yorkun Mərkəzi Harlem bölgəsində iyulun sonunda başlayan Legioner xəstəliyi epidemiyası nəticəsində ölənlərin sayı dördə yüksəlib.

Ajans.az Associated Press-ə istinadən xəbər verir ki, onlarla insan bu xəstəliyə yoluxub, hazırda 17 nəfər xəstəxanada müalicə olunur.

Araşdırma zamanı şəhər idarəçiliyinə məxsus xəstəxana və cinsi sağlamlıq klinikası da daxil olmaqla 10 binada yerləşən 12 soyuducu qüllədə Legionella bakteriyası aşkarlanıb. On bir qüllədə bərpa işləri tamamlanıb, sonuncusunun təmizlənməsi isə cümə günü bitəcək.

Legioner xəstəliyi — ilıq suda çoxalan və bina su sistemləri vasitəsilə yayılan Legionella bakteriyalarının törətdiyi pnevmoniya növüdür. İnsana hava yolu ilə keçən bakteriya əsasən soyutma qüllələri vasitəsilə yayılır.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bildirir ki, yoluxmadan sonra 2 gün – 2 həftə ərzində öskürək, qızdırma, baş və əzələ ağrıları, eləcə də nəfəs darlığı kimi simptomlar yaranır.

Şəhərin sağlamlıq komissarı vəzifəsini icra edən doktor Mişel Morse, yeni yoluxma hallarının azalmasının bakteriya mənbələrinin zərərsizləşdirildiyini göstərdiyini bildirib və Mərkəzi Harlem sakinlərini qripəbənzər əlamətlər hiss etdikdə dərhal həkimə müraciət etməyə çağırıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
“Legioner” Nyu-York

Digər Xəbərlər