Reklam resmi
Reklam resmi

Hava limanında iki təyyarənin qanadları toqquşub

Hava limanında iki təyyarənin qanadları toqquşub
Dünya

Cümə günü Mançester hava limanında iki EasyJet təyyarəsinin uçuş-enmə zolağında qanadları təmas edib. Hadisə nəticəsində bəzi reyslər dayandırılıb.

Ajans.az EasyJet-ə istiandən xəbər verir ki, biri Parisə, digəri isə Cəbəllütariqə gedən təyyarələr yerdə hərəkət edərkən qanad ucları bir-birinə toxunub. Aviaşirkət sərnişinlərin təhlükəsizliyinin ən yüksək prioritet olduğunu vurğulayıb və əvəzedici uçuşlar təşkil edildiyini bildirib.

Hava limanı rəsmiləri təyyarəyə baxış keçirilərkən uçuş-enmə zolağını qısa müddətə bağlayıblar. Təhlükəsizlik və səbəblərin müəyyən edilməsi məqsədilə araşdırma başlanıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Mançester təyyarə

Digər Xəbərlər