Reklam resmi
Reklam resmi

Qətl, yoxsa intihar? Gənc cütlük evdə ölü tapılıb

Qətl, yoxsa intihar? Gənc cütlük evdə ölü tapılıb
Dünya

Şanlıurfada bir uşaqlı gənc cütlük evlərində güllələnmiş halda aşkar edilib. Hadisə Şanlıurfanın Haliliye mahalının Süleymaniyyə məhəlləsində baş verib.

Ajans.az Haber Global-a istinadən xəbər verir ki,30 yaşlı inşaat işçisi Sinan Ejder və 27 yaşlı həyat yoldaşı Kadriye Ejder yaxınlarının xəbər ala bilməməsi səbəbindən birinci mərtəbədəki mənzillərinə gəlməsi ilə qan içində yerdə tapılıblar. Hadisə yerinə çağırılan həkimlər cütlüyün öldüyünü təsdiqləyib.

Polis hadisə yerini mühasirəyə alaraq yaxınların evə yaxınlaşmasının qarşısını alıb. Cəsədlər prokurorun müayinəsindən sonra Şanlıurfa Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb.

Güllələnmiş cütlüyün qəsdən öldürülüb-öldürülmədiyi və ya hadisənin mübahisə nəticəsində baş verib-vermədiyi araşdırılır. Hadisə zamanı onların 4 yaşlı qızının evdə olmadığı, qohumunun yanında olduğu bildirilib. Araşdırmalar davam edir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Türkiyə hadisə

Digər Xəbərlər