Hindistanda 17 yaşlı qız ritual adı altında istismara məruz qalıb
Hindistanın Maharaştra ştatının Palqar rayonunda 17 yaşlı qız “cinləri qovmaq” adı altında keçirilən ritual zamanı istismara məruz qalıb.
Ajans.az “The Times of India” istinadən xəbər verir.
Bildirilir ki, qız yerli məbədi ziyarət edərkən özünü pis hiss edib. Kahinlər onun bədənində pis ruhların olduğunu və müəyyən ritual yerinə yetirilməsə, gələcəkdə uşağı olmayacağını və ərinin erkən həyatını təhlükəyə atacağını söyləyiblər.
Daha sonra qız iki kişi – Prem Patil və Karan Patil tərəfindən otelə aparılıb və orada istismar olunub. Hadisə barədə polisə məlumat verilib, cinayət işi açılıb və hər iki şəxs həbs olunub.
Qeyd olunur ki, zərərçəkmiş bundan əvvəl Hindistanın Racastan ştatının Bikaner şəhərinə səfər edərkən də oteldə təcavüz hadisəsinə məruz qalıb.
Mövzular: