Ölümcül qəza törədən ana və oğlu həbs edildi
ABŞ-ın Nyu-Cersi ştatında baş verən ölümcül küçə yarışı qəzası ilə bağlı Staten Island sakini 20 yaşlı Alvi Limani və onun anası, 42 yaşlı Vilma Vneşta Mayami hava limanında saxlanılıb.
Ajans.az Fox-a istinadən xəbər verir ki,onlar adam öldürmə, qəza yerini tərk etmə və ədalətə mane olmaq da daxil olmaqla bir sıra ittihamlarla üzləşirlər.
İstintaqa görə, iyunun 29-da Limani idarə etdiyi BMW ilə Garden State Parkway-də yarışarkən qəza törədib. Nəticədə avtomobildəki 20 yaşlı Albion Hysenaj hadisə yerində aldığı xəsarətlərdən ölüb, digər sərnişin ağır yaralanıb. Qəza zamanı Limaninin saatda 112 mil (təxminən 180 km/saat) sürətlə hərəkət etdiyi bildirilir.
Qəzadan sonra Limani, rəfiqəsi və anası hadisə yerini tərk edərək Floridaya gedib. Onların Albaniyanın paytaxtı Tiranaya təyyarə bileti aldığı müəyyən edilib. Ana və oğul hazırda Middlesex County İslah Mərkəzində girovsuz saxlanılır.
Mövzular: