Netanyahu Qəzzada qələbəni təmin edəcək prinsipləri AÇIQLADI
"İsrailin Qəzza zolağında təhlükəsizliyini və qələbəsini təmin edəcək 5 əsas prinsip var".
Ajans.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu açıqlama verib.
Onun sözlərinə görə, 5 prinsip bunlardır: 1. HƏMAS hərəkatının tam tərksilah edilməsi; 2. Bütün girovların geri qaytarılması; 3. Qəzza zolağının tam demilitarizasiyası; 4. İsrailin Qəzza zolağında təhlükəsizliyə nəzarət etməsi; 5. Qəzzada HƏMAS və Fələstin Administrasiyasının nəzarətində olmayan alternativ mülki idarəetmənin yaradılması.
Kabinet rəhbəri əlavə edib ki, İsrail bu prinsiplərin həyata keçirilməsi üzərində işləyir.
Netanyahu həmçinin bu prinsiplərin bir həftə əvvəl hökumət tərəfindən təsdiq edildiyini söyləyib.
Mövzular: