Bayram faciəyə çevrildi: 3 ölü, 60-dan çox yaralı
Pakistanın Kəraçi şəhərində Müstəqillik Gününün qeyd edilməsinə həsr olunmuş tədbir faciəyə çevrilib.
Ajans.az NDTV-yə istinadən xəbər verir ki, havadan atılan “ehtiyatsız” atəş nəticəsində üç nəfər, o cümlədən iki yaşlı vətəndaş və səkkiz yaşlı qız həyatını itirib, 60-dan çox insan yaralanıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Yerli hakimiyyət vətəndaşları bayramı daha təhlükəsiz şəkildə qeyd etməyə çağırıb.
Mövzular: